Gənc nəslin vətənpərvərlik hisslərinin tərbiyəsində rol oynayan amillər
Gənclərin milli kimliyinin formalaşmasında xalqın tarixi, onun tarixi şəxsiyyətləri əhəmiyyətli rol oynayır. Milli mənlik şüuru sayəsində toplum, tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini dərk edirlər. Milli mənlik şüuru, vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. Gənclərin vətənpərvər ruhda yetişməsi üçün mənəviyyat məsələsi də mühüm əhəmiyyət kəsb edir. Sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən