Logo

İçərişəhərdə özünü öldürməyə cəhd edən iş adamı kimdir? - Şok DETALLAR

İçərişəhərdə özünü öldürməyə cəhd edən iş adamı kimdir? - Şok DETALLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mingəçevirdən olan iş adamı Rəşad Şirinov intihara cəhd edib.

Sfera.az xəbər verir ki, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib.

"Yapsan” MMC-nin direktor müavini, 1982-ci il təvəllüdlü Rəşad Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.

İçərişəhərdə özünü öldürməyə cəhd edən iş adamı kimdir? - Şok DETALLAR

Tikinti şirkəti olan "Yapsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 137 min 850 manat 64 qəpik vergi borcu var. Şirkətin qanunu təmsilçisi, direktoru isə Rəşad Şirinovun qardaşı Şirinov Taleh Əzizalı oğludur. Taleh Şirinovun ölkədən çıxışna "stop" qoyulub.

İçərişəhərdə özünü öldürməyə cəhd edən iş adamı kimdir? - Şok DETALLAR

Qafqazinfo-nun məlumatına görə, Rəşad Şirinovun rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.

İçərişəhərdə özünü öldürməyə cəhd edən iş adamı kimdir? - Şok DETALLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR