Gənc nəslin vətənpərvərlik hisslərinin tərbiyəsində rol oynayan amillər

Gənc nəslin vətənpərvərlik hisslərinin tərbiyəsində rol oynayan amillər

Gənclərin milli kimliyinin formalaşmasında xalqın tarixi, onun tarixi şəxsiyyətləri əhəmiyyətli rol oynayır.


Milli mənlik şüuru sayəsində toplum, tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini dərk edirlər. Milli mənlik şüuru, vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. 


Gənclərin vətənpərvər ruhda yetişməsi üçün mənəviyyat məsələsi də mühüm əhəmiyyət kəsb edir. Sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, "Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik". 


Məhz gənclər də Azərbaycan xalqının qaymaqlarından yararlanaraq nəinki özlərini vətənpərvər ruhda tərbiyyə etməli, həmçinin bu ideyanın təbliğatçısına çevrilməlidirlər. Gənclik dərk etməlidir ki, Azərbaycan xalqı ta qədimdən döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik, qəhrəmanlıq salnamaəsi yazıb. Onlar torpaqlarını öz qanları, canları bahasına qoruyub. Tariximizin şanlı səhifələrini vərəqləsək, mütləq ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Müasir Azərbaycan gəncliyi bu qəhrəmanlardan ibrət dərsi almalı, Vətəni qorumağı özlərinə şərəf hesab etməlidir.

 

Gənclik bir millətin var olması, inkişafı üçün əsas sütundur. Bu mənada hələ 13 il öncə Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin  “Gənclər ili”  elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin sübutudur. Ölkə başçısı bir fevral 2019-cu ildə  “Gənclər günü”nə həsr olunmuş toplantıda belə bir çıxış etmişdi: “Bizim  gənclərimiz  torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti dənclərimiz olublar. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Bizim gənclərimiz bugün sərhədlərimizi qoruyur. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır”.


Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş  və şəhid adına, Milli Qəhrəman adına layiq görülmüş minlərlə gənci var bu torpağın. 2020-ci il 44 günlük Vətən müharibəsində dünyaya səs salan, tarix yazan oğulları var bu torpağın. 44 günlük savaşın qəhrəmanlarının şəxsində inanırsan ki, Vətən haqqını, Azərbaycan adını hər şeydən uca tutan gənclik, birlik nümunəsi var.

 

Bundan sonra da milli mənlik, vətənpərvərlik ruhunun təbliğ olunması, yeniyetmələrə aşılanması mütləqdir. Bunu KİV mühiti, dövlət orqanlarının, QHT-lərin xətti ilə həyata keçirmək mümkündür. 

 

Vətən milli ruhdan, birlikdən başlayır çünki…

 

İnci 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

 

Mövzu: gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 


OXŞAR XƏBƏRLƏR

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...