Şuşada Vaqif Poeziya Günlərinin açılışı oldu - FOTO
İyulun 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub. Sfera.az xəbər verir ki, açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, gənc yazıçılar, şairlər iştirak ediblər. Tədbirdə AYB sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu söyləyib. Vaqif