Deputatların məzuniyyət pulu gündəm oldu - Nə qədər müavinət alacaqlar?

Deputatların məzuniyyət pulu gündəm oldu - Nə qədər müavinət alacaqlar?

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

 

Sfera.az bildirir ki, iclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və bununla da Milli Məclisin deputatları tətilə çıxıb.

 

Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.

 

Milli Məclis üzvlərinin məzuniyyət zamanı alacaqları müavinət aşağıdakı siyahıda yer alıb:

 

– Spiker – 21 min 300 AZN;

– Spikerin birinci müavini – 19 min 170 AZN;

– Spikerin müavinləri – 18 min 105 AZN;

– Komitə və komissiya sədrləri – 17 min 40 AZN;

– Komitə və komissiya sədrlərinin müavinləri – 15 min 975 AZN ;

– Deputatlar – 10 min 400 AZN;

 

Qeyd edək ki, Azərbaycanda minimum ayılıq əməkhaqqı 345 manatdır.

 

Gülər

 

 

 


OXŞAR XƏBƏRLƏR