19 il həbs cəzası alan Hacı Beyləqanski yenidən məhkəmə qarşısında - İTTİHAM

19 il həbs cəzası alan Hacı Beyləqanski yenidən məhkəmə qarşısında - İTTİHAM

Azərbaycanlı qanuni oğru Hacıbaba Talıbov (Hacı Beyləqanski) Rusiyada növbəti dəfə məhkəmə qarşısına çıxarılıb. 

 

Sfera.az xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (kriminal iyerarxiyada yüksək statusa malik olma) maddəsi ilə ittiham edilir. Bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb. 

 

Məlumatda deyilir ki, Hacı Beyləqanskinin qanuni oğru titulu daşıması barədə bir müddət idi istintaq gedirdi. İstintaq zamanı kriminal submədəniyyət üzrə 20-dən artıq ekspert dindirilib. Nəhayət, bu nəticəyə gəlinib ki, Hacı Beyləqanski qanuni oğrudur. 

 

Bu maddə ilə onu 8 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.  

 

Hacı Beyləqanski hazırda həbsdədir. O, 2019-cu ildə qətl hadisəsinə həbs edilib. Moskva Şəhər Məhkəməsi qanuni oğrunu təqsirli bilərək, 19 il azadlıqdan məhrum edib. 

 

Hacıbaba Talıbxanlı 1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. O, 2012-ci ildə qanuni oğru tituluna layiq görülüb. 

 

Hacı Beyləqanski mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) ən yaxın adamlarından biri kimi tanınır. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir

Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə qarşı tədbir görüb.    Sfera.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. &nbs...

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...