Azərbaycan Çindən dondurma tədarükünü bərpa edib
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində 205 ton dondurma idxal edilib. Sfera.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1 %, kəmiyyət olaraq – 4,7 % azdır. Hesabat dövründə Azərbaycan Türkiyədən 504 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 21 % az) 61,6 ton (-31 %), Rusiyadan 402 min ABŞ dolları dəyərində (+9 %) 63 ton (+5 %), Belarusdan 187 min ABŞ dolları dəyərində (-9 %) 40,5 ton (-20 %), Çindən 81,5 min