Netanyahunun oğlu adını dəyişdirdi

Netanyahunun oğlu adını dəyişdirdi
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu adını dəyişib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki o, “Yair Netanyahu” əvəzinə “Yonatan Hon” adından istifadə etməyə başlayıb.

Bildirilib ki, hazırda ABŞ-də yaşayan Yair Netanyahunun vergi sənədlərində “Yonatan Hon” adı qeyd olunub. Sənədlərdə onun ünvanı kimi isə “Balfour 0” adlı uydurma ünvanın göstərildiyi iddia edilib.

Qeyd olunub ki, Yair Netanyahu daha əvvəl sosial şəbəkələrdə özünü “Yair Hon” kimi təqdim edib. “Hon” soyadı anası Saranın atası Şmuelin ailəsinin əvvəlki soyadı olub. Daha sonra ailə soyadını “Ben Artzi” ilə əvəz edib.

İsrailin “Haaretz” qəzetinin məlumatına görə, ad dəyişikliyi Netanyahu soyadının beynəlxalq aləmdə, xüsusilə də ABŞ-də siyasi və hüquqi problemlərlə daha çox gündəmə gəldiyi dövrə təsadüf edir.

Məlumatda həmçinin bildirilib ki, Yair Netanyahu ABŞ-dəki iş əlaqələri və ailəsinin nüfuzlu şəxslərlə münasibətləri səbəbindən müəyyən araşdırmaların diqqət mərkəzindədir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ