"Minalar və tanklar idxalı təhlükəyə atır" - Siyavuş Novruzovdan kənd təsərrüfatı xəbərdarlığı

"Minalar və tanklar idxalı təhlükəyə atır" - Siyavuş Novruzovdan kənd təsərrüfatı xəbərdarlığı
Kateqoriya məlum deyil
T

"Azərbaycan kənd təsərrüfatının inkişafına ciddi şəkildə nəzarət etməlidir".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, 1990-cı illərin əvvəllərində aparılan yanlış siyasət nəticəsində uzun illər ərzində formalaşmış kənd təsərrüfatı infrastrukturu dağıdılıb:

"AXC-Müsavat dövründə keçirilən kənd təsərrüfatı müşavirəsindən sonra kolxoz və sovxozların əmlakı, mal-qarası, emal müəssisələrinin avadanlıqları satıldı, uzun illər ərzində yaradılmış zavod və fabriklər dağıdıldı. 1993-cü ildən sonra isə ümummilli lider tərəfindən kənd təsərrüfatına böyük güzəştlər tətbiq olundu, sahə demək olar ki, torpaq vergisi istisna olmaqla vergilərdən azad edildi, yanacaq, gübrə və əkin subsidiyaları ayrıldı, aqroservislər yaradıldı və fermerlərə güzəştli qiymətlərlə dəstək göstərildi".

S.Novruzov vurğulayıb ki, regionda baş verən müharibələr fonunda aqrar sahənin inkişafı daha da vacib məsələdir:

"Bu gün bizi əhatə edən Rusiya, İran, İsrail və Ukrayna kimi ölkələr kənd təsərrüfatı məhsulları ixrac edən dövlətlərdir. Lakin hazırda həmin ölkələrdə məhsulların yerini bombalar, minalar və tanklar tutub. Ona görə də Azərbaycan həm ərzaq təhlükəsizliyinin qorunması, həm də ixrac imkanlarının artırılması üçün kənd təsərrüfatının inkişafına ciddi şəkildə nəzarət etməlidir. Eyni zamanda torpaqlardan daha səmərəli istifadə olunmalı, kənd təsərrüfatı üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir".

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ