Azərbaycanda ölüm göstəricisinə görə bu region öndədir
Azərbaycanda ən yüksək ölüm göstəricisi Qərb regionlarında, ən aşağı ölüm göstərici Naxçıvan Muxtar Respublikasında müşahidə edilib. Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında ölkə üzrə hər 1000 nəfərə 6 ölüm faktı qeydə alınıb. Ən yüksək ölüm göstəricisi Qazax-Tovuz iqtisadi rayonunda olub. Burada orta hesabla hər 1000 nəfərə 7,3 ölüm faktı qeydə alınıb. Bu göstərici Ağstafada 8 nəfər, Qazax və Gədəbəydə 7,9 nəfər, Tovuzda 7,3 nəfərdir.