”Nikosayağı”nın həlak olan dostunun evindən görüntülər - VİDEO
Cəmiyyət
09:01 / 16.08.2023
12195
Ötən gün gecə radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. "Nikosayağı" kimi tanınan Nicat Şakirlinin isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.
"Nikosayağı"nın törətdiyi qəzada ölən gəncin Gəncədəki evinin qarşısında yas mərasimi təşkil olunub.
Baku TV-nin hazırladığı videomaterialı təqdim edirik: