Logo

Azərbaycanda ölüm göstəricisinə görə bu region öndədir

Azərbaycanda ölüm göstəricisinə görə bu region öndədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda ən yüksək ölüm göstəricisi Qərb regionlarında, ən aşağı ölüm göstərici Naxçıvan Muxtar Respublikasında müşahidə edilib.

Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında ölkə üzrə hər 1000 nəfərə 6 ölüm faktı qeydə alınıb.

Ən yüksək ölüm göstəricisi Qazax-Tovuz iqtisadi rayonunda olub. Burada orta hesabla hər 1000 nəfərə 7,3 ölüm faktı qeydə alınıb. Bu göstərici Ağstafada 8 nəfər, Qazax və Gədəbəydə 7,9 nəfər, Tovuzda 7,3 nəfərdir.

Naxçıvan Muxtar Rsepublikasında ölüm səviyyəsi olduqca aşağıdır. Muxtar Respublikada hər 1000 nəfərə 4,7 ölüm faktı düşür.

Bakıda isə hər 1000 nəfərə 6,2 ölüm halı olub. Paytaxtın Yasamal rayonunda 8,1, Suraxanı rayonunda 7,6, Qaradağ rayonunda 6,8 ölüm faktı olub.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR