Azərbaycanın tanınmış elm xadimi vəfat etdi - FOTO
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fil.e.d., prof. Fəridə Vəlixanova dünyasını dəyişib. Publika.az xəbər verir ki, tanınmış elm xadimi 88 yaşında vəfat edib. Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Fəridə Vəlixanova orta təhsilini 132 saylı şəhər məktəbində almış, məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə