Sumqayıtda aliment pulunu oğurlayan ata həbs olundu

Sumqayıtda aliment pulunu oğurlayan ata həbs olundu

Sumqayıtda aliment ödəməyən ata keçmiş arvadı və icra məmurunu unikal şəkildə aldadıb.

 

Sfera.az xəbər verir ki, Sumqayıt şəhər məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Muxtarzadə 20 sutka inzibati cəza alıb.

 

İttihama görə, E.Muxtarzadə aliment ödəməkdən boyun qaçırmaq üçün inzibatçını və ailəsini aldadaraq ümumilikdə 13200 manat dəyərində ziyan vurub. Belə ki,o, hər ay aliment ödənilən tarixdə övladına anasından gizli şəkildə bank kartını götürüb onun yanına gəlməsini deyib. Bank hesabına onlayn şəkildə ödənişi edən E. Muxtarzadə dərhal kartdan pulu çıxarırmış. Bu yolla inzibatçını aldadıb və qəbzləri göstərərək ödənişlərin hamısını vaxtında etdiyi deyib.

 

Lakin şikayətçi Xəyalə Rafiq qızı Seyidquliyeva ödənişlərin olunmadığını bildirib. Bankdan verilən çıxarışda da ödənişlərin edildiyi, lakin tez bir zamanda pulların çıxarıldığı qeyd olunub.

 

E.Muxtarzadəyə qarşı İnzibati Xətalar Məcəlləsinin 528.1 (məhkəmə qərarını qərəzli olaraq icra etməmək) maddəsi ilə ittiham irəli sürülüb və ona 20 sutka müddətində inzibati cəza verilib. (Lent.az)


OXŞAR XƏBƏRLƏR

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...

Ərdoğan Suriya XİN başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə med...

Hava yollarındakı görünməyən təhlükə:Uçuşlara təsir edir...

Son dövrlərdə dünya üzrə baş verən təyyarə qəzaları və texniki nasazlıqlar bir çox sualları gündəmə gətirir. Xüsusilə də bəzi mütəxəssislər və müzakirəçilə...

Messi "Barselona"ya geri dönür

Messi yenidən "Barselona"da çıxış edə bilər.   Sfera.az xəbər verir ki, argentinalı ulduzun mövsümün sonunda "İnter Mayami" ilə m...

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq. Sfera.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məl...

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan etdi

Ölkənin birinci bankı Kapital Bank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat tə...