Şahdağa yenə qar yağdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin senytabrın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 48 mm, Oğuzda 39 mm, Lerikdə 34 mm, Qəbələdə 33 mm, İmişli, Qax (Sarıbaş), Şəkidə 29 mm, Beyləqanda 22 mm, Sabirabadda 21 mm