Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
2023-cü il yanvar-avqust ayları ərzində Azərbaycanda avtomobil benzini istehsalı 951,2 min tona çatıb ki, bu da illik hesablamada 21,3 faiz mühüm artım deməkdir. Sfera.az bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Komitənin məlumatlarına görə, neft məhsulları istehsalının ümumi həcmi dəyər ifadəsində təqribən 3 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artım deməkdir. Xüsusən sürtgü yağlarının istehsalı 70,9 faiz,