Bu hallarda polisə müraciət edin, 40 manat cəriməsi var Vətəndaşların NƏZƏRİNƏ!

Bu hallarda polisə müraciət edin, 40 manat cəriməsi var - Vətəndaşların NƏZƏRİNƏ!

Yağışlı havalarda piyadaların üstünə palçıqlı su sıçradan sürücülərin İnzibati Xətalar Məcəlləsinə görə, 40 manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdu. Vətəndaşların əksəriyyəti isə bu halın qayda pozuntusu olduğundan bixəbərdirlər.

 

Bəs bu hallar necə müəyyən edilir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, əksər sürücünün fikri yolda olmur:

 

“Bu, payız, qış və yaz aylarında aktual olan bir mövzudur. Yollarımızın vəziyyəti istər-istəməz gölməçələrin yaranmasına səbəb olur. Gölməçələr də varsa, sözsüz, nəqliyyat vasitələrinin sürücüləri ehtiyyatlı olmalıdırlar. Əgər olmasalar, piyadaların və ya digər obyektlərin üzərinə su sırçatma hadisələri baş verə bilir. Burada əsas mövzu sürücülərin daxili mədəniyyətinin formalaşmasıdır.  İstənilən halda, sürücü çox gözəl bilir ki, sürət həddini aşsa, gölməçəyə müəyyən sürətlə daxil olsa, piyadanın üstünə su sıçrayacaq. Əgər sürücünün fikri yolda olsa, diqqət etsə, belə hallar da yaşanmaz. Təəssüf ki, çox vaxt sürücülərin fikri yolda olmur”.

 

Ekspert qeyd edib ki, sürücülər bu halların qayda pozuntusu olduğunu bilməlidirlər:

 

“Əksər sürücü bu davranışın qayda pozuntusu olduğunu bilmir. Qeyd edim ki, bu xətanı törədən şəxsi 40 manat cərimə gözləyir. Təbii ki, öncə bu hadisə sübut olunmalıdır.


Yol Patrul Xidmətinin əməkdaşlarının da bu kimi halları aşkarlaması çətin deyil. Onlar ən azından xidmət zamanı baş verən belə hadisələri görə bilirlər.
Belə hallar yaşanarsa, vətəndaşlar aidiyyatı üzrə qurumlara müraciət edə bilərlər. Beləliklə, məsələ araşdırılacaqdır. Görüntülərin üzə çıxarılması və ya müxtəlif yanaşmalarla həmin sürücülər aşkarlana və barələrində qarşı tədbir görülə bilər”. 

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...