Paytaxtda küləyin sürəti saniyədə 23 metrə çatıb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 11-i saat 17:00-a olan məlumatına əsasən, Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal qərb küləyi bəzi yerlərdə arabir güclənib. Xidmətdən Sfera.az-a verilən məlumata əsasən, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının