Gürcüstanda öldürülən 14 yaşlı Aytacın anası və dayısı həbs edildi - FOTO

Gürcüstanda öldürülən 14 yaşlı Aytacın anası və dayısı həbs edildi - FOTO

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində əri tərəfindən qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın anası və dayısı həbs edilib.

 

Sfera.az xəbər verir ki, onlar barəsində zorla ərə vermə və cinayət barədə məlumat verməmə faktları üzrə Rustavi Şəhər Məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Sözügedən qərarı hakim Madonna Maisuradze qəbul edib. İttiham tərəfi olan prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib və hakim tələbi təmin edib.

 

Bundan əvvəl məhkəmə prokurorluğun vəsatətini qəbul etməmişdi.

 

Xatırladaq ki, qətl hadisəsi oktyabrın 5-i qeydə alınıb. 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı əri Alim Sadiqov saxlanılıb.  A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerində keçinib.(Qafqazinfo)

 



OXŞAR XƏBƏRLƏR

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...

Mussolinini belə aldadan əfsanəvi türk fırıldaqçısı

Eyüplü Halit İstanbul küçələrində maskalanan əfsanə idi. Onu digər fırıldaqçılardan fərqləndirən şey sxemlərindəki inanılmaz detal idi. Nə Qalata qülləsini satm...

Həyatı boyu yalnız üç dəfə duş qəbul etdiyi deyilən Fransa kralı: XIV Lüdovik

XIV Lüdovik deyildikdə əzəmət, Versal yada düşür. Ancaq bu parlaq dövrün arxasında gigiyena ilə bağlı olduqca qaranlıq bir mənzərə var. Onun "həyatınd...