Bakıda ana və 4 övladı itkin düşdü - YENİLƏNDİ

Bakıda ana və 4 övladı itkin düşdü - YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

10:30

 

Oktyabrın 10-da Bakıda ana və 4 övladının itkin düşməsi barədə polisə müraciət daxil olub.

 

Sfera.az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan Ağazaman Salamzadə ailə üzvlərinin oktyabrın 4-də itkin düşdüyünü bildirib.

 

O, həyat yoldaşı, 32 yaşlı Q.Salamzadənin, 19 yaşlı oğlu Ə.Salamzadənin və 2006, 2008, 2010-cu il təvəllüdlü qızlarının yaşadığı yeri tərk etdiyini və bir daha geri qayıtmadıqlarını bildirib.

 

Müraciətlə bağlı Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsində araşdırma aparılır.

 

***

 

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sfera.az-a bildirib ki, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini olan 32 yaşlı qadının oktyabrın 4-ü günorta saatlarında övladları ilə birgə itkin düşməsi ilə bağlı polis orqanına müraciət daxil olub.

 

Bununla bağlı araşdırma aparılıb. Kriminal tərkib yoxdur. Onların harada olduqları məlumdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR