Deputatdan \"Mostbet\"lə bağlı açıqlama: “Dələduzlar öz “biznes”lərini reklam edirlər”

Deputatdan \

Sosial şəbəkələrdə aparılan qanunsuz mərc oyunu "Mostbet” və digərlərinin reklamları, təbliğ edilməsi, vətəndaşların pullarının mənimsənilməsi barədə çoxsaylı şikayətlər gəlməyə davam edir. 
 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Arzu Nağıyev Demokrat.az-a açıqlamasında bildirib.


“Son vaxtlar sosial şəbəkələrdə bir sıra qanunsuz mərc oyunlarının reklamı gedir. Təəssüf doğuran məqam odur ki, buna aldanan vətəndaşlarımız var. Hüquq-mühafizə orqanları bu prosesləri ciddi izləyir və müvafiq tədbirlər görüləcək. Vətəndaşlarımıza səslənərək deyirəm ki, ehtiyatlı olunlar. Asan yollarla qazanc əldə etmək məsələsində diqqətli olmaq lazımdır, sonu bilinməyən yollara baş vurmaq təhlükəlidir. Dələduzlar tik-tok və instaqram səhifələrində öz “biznes”lərini reklam edirlər, sosial şəbəkə məşhurları da bu işdə iştirak edir. Düşünürəm ki, hüquq-mühafizə orqanları bu istiqamətdə addımlarını davam etdirəcək”.


Xatırladaq ki, bir neçə gün öncə tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkədə qanunsuz mərc oyunları ilə bağlı gedən müzakirələrdə bildirib ki, mərc oyunlarında bəxtini sınayır, amma "Mostbet” adlı provayder onun udduğu 5 min manatı ödəmir. Bu, "qara bazar”ın təmsilçisi "Mostbet” adlı provayderin külli miqdarda uduşları ödəmədiyi ilə bağlı səslənən ilk fakt deyil. Bir müddət əvvəl Ayaz İkramoğlu adlı vətəndaş da mediaya açıqlamasında deyib ki, "Mostbet”dən udduğu 156 min manatı ala bilməyib. Çox maraqlıdır ki, bu şirkəti Azərbaycanda bir çox tanınmış simalar reklam edir.


OXŞAR XƏBƏRLƏR

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...

"Şrek" obrazına ilham verən güləşçi - FOTO

“Fransız mələyi” kimi tanınan güləşçi Maurice (Moris) Tilletdə əllər, ayaqlar və üz cizgilərinin hədsiz dərəcədə şişməsinə səbəb olan akromeqaliya x...

Həyat yoldaşına görə Bekhemlərlə əlaqəni kəsdi

Modelyer Viktoriya Bekhem ilə gəlini Nikola Pelts arasında illərdir davam edən gərginlik hələ də bitməyib.   Sfera.az xarici mətbuata istinadən xəbər...

İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib

İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.   Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerji...

Milli Qurtuluş Günündə konsert olacaq

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək. ...