“Sədərək” gömrük postunda nə baş verib?
Oktyabrın 31-də “Sədərək” gömrük postunda insident yaşanıb. Sfera.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, yüzlərlə türkiyəli TIR sürücüsü rüşvət və süründürməçilik iddiası ilə “Sədərək” gömrük postuna yürüş edib. Sürücülər bildirib ki, Türkiyəyə qayıtmaq istəyərkən, heç bir səbəb olmadan, onları gömrüyün qarşısında günlərlə gözləməyə məcbur edirlər. Lakin, 100-150 avro rüşvət verənlər sırada gözləmədən, dərhal gömrüyü keçə bilir. Məsələ ilə bağlı Dövlət