Logo

İlqar Kubışova VƏZİFƏ VERİLDİ

İlqar Kubışova VƏZİFƏ VERİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinə yeni rəhbər təyinatı olub.

Sfera.az xəbər verir ki, "Report"un məlumatına görə, bu vəzifəyə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov gətirilib.

O, artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, İ.Kubışov bu təyinatadək Gəncə Dövlət Regional Kolleci qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib.

Xatırladaq ki, bundan əvvəl Gəncə Dövlət Regional Kollecinin rəhbəri işləmiş Fəxrəddin Zeynalov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR