Bakının bu ərazisi söküləcək — Vətəndaşlara KOMPENSASİYA VERİLƏCƏK
Bakının Səbail rayonu ərazisində söküntü işləri genişləndiriləcək. Bayıl qəsəbəsi və "20-ci sahə" yaşayış massivində plana düşən tikililər köçürüləcək. Artıq Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq gedir. Bayıl və 20-ci Sahə arasındakı massivlər plandadır. Uzun müddətdir ki, Dövlət Neft Şirkətinin balansında olan bu ərazilərdə tikilən evlərin söküləcəyi müzakirə olunurdu.