Azərbaycana gələn turistlər azalıb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Dövlət Sərhəd Xidmətinin məlumatları əsasında yaydığı hesabata görə, cari ilin ilk altı ayında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır. Azərbaycana gələnlərin 28,1 faizini Rusiya, 21 faizini Türkiyə, 8,2 faizini