Arzu Nağıyev Milli Mətbuat Günü münasibətilə medianı təbrik etdi - “Azərbaycan mətbuatı dünyaya çıxmağa qadirdir”

Arzu Nağıyev Milli Mətbuat Günü münasibətilə medianı təbrik etdi - “Azərbaycan mətbuatı dünyaya çıxmağa qadirdir”
Kateqoriya məlum deyil
T

Milli Mətbuat Günü münasibətilə Milli Məclisin deputatı Arzu Nağıyev Media nümayəndələrini təbrik edib.

Sfera.az-a özəl açıqlama verən deputat Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan və bu gün qazandığı uğurlardan söz açıb.

A.Nağıyev ilk növbədə bütün jurnalistləri səmimi qəlbdən təbrik edərək, şəhid jurnalistlərin xatirəsini ehtiramla yad edib:

“Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri səmimi qəlbdən təbrik eləyirəm. Allah şəhid jurnalistlərimizə rəhmət eləsin. Bu yolda doğrudan da çox mühüm işlər gördülər. Eyni zamanda informasiya müharibəsinin nədən ibarət olduğunu bir daha Azərbaycanın mətbuat nümayəndələri dünyaya göstərdilər”.

Ölkədə media sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayan deputat qeyd edib ki, mətbuatımız artıq beynəlxalq müstəviyə inteqrasiya edir:

“Təbii ki, bu gün mətbuat inkişaf edir. Cənab Prezidentin tapşırığı ilə bu sahədə aparılan islahatlar da çox mühüm məsələdir. Bu gün Azərbaycan mətbuatı demək olar ki, artıq dünyaya çıxa bilən bir mətbuatdır. Çox peşəkar jurnalistlərimiz var. Bu peşəkarlığın üzərində işləyib, istər xaricdə, istərsə də digər istiqamətlərdə çox mühüm addımlar atırlar. Əsas odur ki, peşəkar jurnalistə, onun yazdıqlarına istinad olunsun”.

Müasir dünyada beynəlxalq hüququn güc amili ilə əvəzləndiyi bir dövrdə jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən Arzu Nağıyev, Sfera.az kollektivinin də fəaliyyətini yüksək qiymətləndirib:

“Bu gün bilirsiniz ki, beynəlxalq güc beynəlxalq hüququ üstələyir. Məhz jurnalistlərimiz də bu proseslərdə mühüm addımlar ataraq insanlara nəyin lazım olduğunu çatdıra bilirlər. Mən Sfera.az olaraq sizi də səmimi qəlbdən təbrik edirəm. Belə bir vaxtda məlumatı operativ ötürürsünüzsə, reportaj hazırlaya bilirsinizsə, bu böyük məsələdir. Deməli, sizdə peşəkarlıq və dürüstlük var. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ