“Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir” - Deputat
“Son 5 ildə ezamiyyə xərcləri artırılmayıb”. Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir: “Nazirlər Kabinetinin qərarına əsasən, 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub. Ötən illərdə illik inflyasiya səviyyəsini nəzərə alsaq, bu xərclərin necə dəyişdiyini təsəvvür etmək çətin olmaz. Bir