“Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir” - Deputat

“Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir” - Deputat

“Son 5 ildə ezamiyyə xərcləri artırılmayıb”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir:

 

“Nazirlər Kabinetinin qərarına əsasən, 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub.  Ötən illərdə illik inflyasiya səviyyəsini nəzərə alsaq, bu xərclərin necə dəyişdiyini təsəvvür etmək çətin olmaz. Bir günlük hotel və qida xərclərini Bakıda 90 manata, rayonlarda 65 manata qarşılamaq qeyri-mümkündür. Oxşar mənzərə Gəncə, Sumqayıt və Naxçıvana da aiddir”.

 

Millət vəkili bildirib ki, xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflər də aşağıdır:

 

“Bu tariflər, praktik olaraq, xərclərin tam ödənilməsinə imkan vermir. Xarici səfərlər zamanı müəyyənləşdirilən tariflər də uzun müddətdir, dəyişdirilmir. Hazırkı tariflər real xərclərdən uzaqdır. Fikrimcə, ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. Həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərcləri artırılmalı və yeni tariflər müəyyənləşdirilməlidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...