Avropada ilin avtomobili müsabiqəsinin finalçıları bəlli oldu - SİYAHI

Avropada ilin avtomobili müsabiqəsinin finalçıları bəlli oldu - SİYAHI

Dünya gözlənilməz dəyişikliklər mərhələsindədir. Bu inqilabi dəyişikliklərin başında elektromobillər gəlir. Çin isə sözügedən  istehsalda ön sıralarda qərarlaşıb. Elə Avropada “ilin avtomobili” (ECOTY) nominasiyası üzrə keçirilən sərginin nəticələri də belə düşünmək üçün ciddi əsaslar yaradır. Qeyd edək ki, 7 finalçıdan 6-sı elektrik avtomobilidir, həmin 6 modeldən ikisi isə Çin istehsalıdır.

 

Sfera.az xəbər verir ki, 59 münsif tərəfindən müəyyən edilən 7 finalçı aşağıdakılardır:

 

“BYD Seal, Volvo EX-30, Peugeot e-3008, Renault Scenic, Kia EV9, Toyota CH-R və BMW 5 Series”.

 

Bu finalçılar arasında qalib olacaq model fevralın 26-da Cenevrə avtosalonunda açıqlanacaq.

 

7 model arasında tam elektrik versiya olmayan “Toyota CH-R” avtomobili də var. Siyahıdakı digər adlar arasında daha əvvəl mükafatı alan modellər var.

 

“Volvo” ilk mükafatını 2018-ci ildə XC40 ilə qazanıb. EX-30 adlı yeni model hazırda yalnız Çində istehsal olunur.

 

“Kia” son illərdə Avropada “İlin avtomobili” mükafatını qazanmağa real namizədlərdən sayılır.. Keçən il EV6 ilə birinci yerə çıxan Cənubi Koreyalı şirkət bu uğuru EV9 ilə təkrarlamağa çalışır.

 

“Toyota” isə 2021-ci ildə Yaris modeli ilə mükafata qazanıb . BMW isə 1972-ci ildən bəri istehsal etdiyi 5 Series ilə heç vaxt zirvədə olmayıb .

 

Bu il kimin qalib olacağı isə bir çox avtomobil həvəskarlarının maraq dairəsindədir.

 

Firuzə


OXŞAR XƏBƏRLƏR