“Soyuq əllər, isti ürək”dən FOTOREPORTAJ
Yeni ilə sayılı günlər qalıb. Artıq paytaxtda bir neçə həftədir ki, yarmarkalar fəaliyyət göstərir. Bunlardan ən məşhuru “Soyuq əllər, isti ürək” adlanan yarmarkadır. Fəvvarələr Meydanında fəaliyyət göstərən ənənəvi yarmarka Bakıya əsl bayram əhvali-ruhiyyəsi gətirib. Sfera.az bildirir ki, bu ilki yarmarka böyük Yeni il yolkası, 64 böyük və 20 balaca ev, üç ədəd ikimərtəbəli restoran, fotozona, 4D Kinoteatr, müxtəlif əyləncə zonaları və digər tematik guşələrdən ibarətdir. Yarmarka