Bakı-Pirşağı-Bakı istiqamətində qatarların hərəkəti dayandırıldı

Bakı-Pirşağı-Bakı istiqamətində qatarların hərəkəti dayandırıldı
Kateqoriya məlum deyil
T

“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə ADY-nin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb.

 

Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR