Güclü külək əsir, qar yağır - Azərbaycanda FAKTİKİ HAVA
Ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir, dənizdə dalğanın hündürlüyü 5.2 metrə çatıb. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, saat 15:00-a olan məlumata görə, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatala rayonunun yüksək dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Şəkidə 25 m/s, İsmayıllı, Ağdamda 22 m/s, Göyçayda 21 m/s, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Bərdə,