Külək güclənib, bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Külək güclənib, bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Kateqoriya məlum deyil
T

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

 

Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti 20 m/s, Şabranda isə 17 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR