Rəqəmsal sektorda 2023-cü ilin yekunu və yaddaqalan hadisələr

Rəqəmsal sektorda 2023-cü ilin yekunu və yaddaqalan hadisələr

Cari ildə rəqəmsal sektorda, elektron hökumət quruculuğunda, süni intellekt, innovasiya və startap ekosistemində ən yaddaqalan hadisələr hansılar olub?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz bildirib ki, sektorun ən yaddaqalan hadisəsi kimi işğaldan azad edilmiş ərazilərdə əldə etdiyimiz uğurları göstərmək olar:

 

“Həmin ərazilərdə Ermənistandan daxil olan informasiya, rabitə və internet trafikinin qarşısının alınması, bölgədə milli telekommunikasiya, TV və Radio yayımı infrastrukturunun, dövlət şəbəkəsinin qurulmasını qeyd etmək olar. Qarabağda qanunsuz fəaliyyət göstərən, qanunsuz olaraq beynəlxalq kodlar əldə edən "Karabakh Telecom" operatorunun 20 illik fəaliyyətinə son qoyulması yaddaqalan məqam olub”.

 

Mütəxəssis yaddanqalan hadisələrə Azərkomos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə cari ildə Bakıda təşkil olunan, Prezident İlham Əliyevin də qatıldığı 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresini, başa çatmaqda olan ölkə üzrə genişzolaqlı internet şəbəkəsinin qurulmasını nəzərdə tutan “Onlayn Azərbaycan ” layihəsini və təsdiqlənən “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik haqqında” strategiyanı da aid edib.

 

Bunlardan başqa, ekspert cari ildə İT üzrə ali məktəbə daxil olanlar üçün ilk dəfə olaraq kimya əvəzinə informatikadan imtahanın baş tutması, informatikaya diqqətin artmasını da müsbət cəhətlər olaraq qeyd edib.

 


Hər nə qədər yaxşı hadisələr baş versə də, uğursuz hesab olunacaq məqamlar da yetərincədir. O.Gündüz bildirib ki, cari ilin ən absurd vəziyyəti İKT güzəştləri ilə bağlı olub:

 

“Prezidentin məlum fərmanı ilə bağlı anlaşılmazlıq və onun düzgün tətbiq olunamamsı ilə ölkənin bütün qocaman İT şirkətləri, heç bir innovasiya-ekosistem və xaricə yönəlik fəaliyyət nəzərə alınmadan, ekspert müzakirəsi təşkil edilmədən, bir imza ilə bütün vergilərdən azad edilib.Hazırda bu məsələyə aydınlıq gətirmək üçün İRİA və DVX arasında müəyyən müzakirələr aparılır.Sektroun tənzimlənməsi və inkişafa dəstək ola biləcək hüquqi normativ sənədlərin qəbulu sahəsində də ciddi irəliləyiş gözə çarpmayıb, Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası, Ağıllı şəhər və Ağıllı kənd konsepsiyası, İnnovasiyaların inkişafı haqqında Strategiya, Vençur maliyyələşmə və vençur fondlar haqqında Qanun, Dövlətə məxsus yeraltı və yerüstü rabitə resurslarından istifadə Qaydaları, Distant təhsilin təşkili Qaydaları, Dövlətə məxsus datalarla bağlı konseptual sənəd, Açıq məlumat bazaları haqqında qanun və s qəbul edilməyib”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Kənd təsərrüfatı malları bahalaşacaq? - "Hava şəraiti məhsuldarlığı azaldır"

Son günlərdə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə edilir. Yazın gəlməsinə baxmayaraq bəzi bölgələrdə qar yağır, güclü külək əsir, dolu düşür.  B...

Pensiya artımı ilə bağlı əhaliyə mühüm xəbər

Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial...

Çinin məşhur markaları Azərbaycanda istehsal olunacaq? - AÇIQLAMA

Azərbaycan ixracı artırmaq üçün yüksək marka dəyəri olan məhsulların istehsalına nail olmalıdır. Çin son 20-30 ildə çoxlu sayda yeni markalar yaradıb və həmin m...

Tural Müseyibov: "Jurnalistlər mənim köməkçilərimdir" fikriniz bizə güc verir, CƏNAB PREZİDENT"

Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı dövlət başçısının milli mətbuat ənənələrinin qorunub...

Bu 6 tətbiq kartınızdakı pulları çəkir - Dərhal silin! - XƏBƏRDARLIQ

Texnologiya mütəxəssisləri son illərdə artan zərərli tətbiqlərlə bağlı yeni xəbərdarlıq yayıb.   Sfera.az Milli.Az-a istinadla xəbər verir ki, A...

Son 3 ildə əhalinin kredit borcu iki dəfə artıb - Rəqəmlər

2021-ci ildən sonra əhalinin kredit borcu 2 dəfədən çox artıb.  Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ilin...