Azərbaycanda 3 xəstəlik tüğyan edir
Əgər Avropa və Rusiyanı bürüyən xəstəlikləri, bu ölkələrdə yayılan informasiyaları nəzərə alsaq, Azərbaycanda hər nə qədər epidemioloji vəziyyət sabitdir deyilsə də, vəziyyət qırmızı xəttə yaxınlaşır. Sfera.az medicina.az-a istinadən xəbər verir ki, Rusiya, Gürcüstan mətbuatı xəstəxanaların göyöskürək, yeni növ kovid, yeni tip pnevmoniyalı xəstələrlə dolub daşdığını yazırsa, deməli, Azərbaycanda da vəziyyət eynidir. Artıq təcili yardıma xəstəxanaya aparılmaq üçün təkid edən xəstələr çoxalır.