Mais Ağayev vəzifədən azad edilib? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət
16:26 / 20.01.2024
21690
Səlahiyyətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Vətəndaşlarla iş və çağrı mərkəzinin rəhbəri vəzifəsində çalışan Mais Ağayevin öz ərizəsi əsasında işdən uzaqlaşdığı bildirilir.
Sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Mais Ağayev 2023-cü ilin noyabr ayından etibarən öz ərizəsi ilə işdən ayrılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sözçüsü Tural Orucov isə bu barədə açıqlama vermək istəmədiyini bildirib:
"Təmsil etdiyim qurumla bağlı bütün sualları cavablandırmağa hazıram. Hansısa işçi ilə bağlı açıqlama vermək istəmirəm”.