Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib.

 

Sfera.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib.

 

Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Sənan Şəkərlinin yeri Kolumbiya Respublikasında müəyyən olunub və o, həbs edilib.

 

Nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Kolumbiyanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan zəmanətlər təqdim edilib, bu işdə diplomatik korpusumuz tərəfindən lazımi dəstək göstərilib. Kolumbiya tərəfi ekstradisiya sahəsində müqavilə-hüquq bazasının olmamasına baxmayaraq, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi yüksək nüfuzunu və qarşılıqlıq prinsipinə dönmədən riayət edilməsini nəzərə alaraq təslimetmə ilə bağlı müsbət qərar verib və Latın Amerikasından ilk dəfə ekstradisiya həyata keçirilib.

 

S.Şəkərli Kolumbiyadan birbaşa uçuş reysi olmadığından Türkiyə ilə razılığa gəlinərək qardaş ölkə vasitəsilə tranzit olaraq yanvarın 21-də nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Azərbaycana gətirilib və o, məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

 

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Bunu edən tibb işçiləri cərimələnəcək

Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan ...

Atasının hədiyyəsini götürmədi, məktubunu da CIRDI

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib.   Sfera.az xəbər verir ki, "Bir gün" verilişində qonaq olan sənətçi ...

Azərbaycan onu Türkmənistana təhvil verdi

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Sap...

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...