İton, Siratullox, Caniyat, Ciyərxan, Gilə... - Övladına gülünc ad qoyan valideynlərlə bağlı hansı tədbirlər görülür? + AÇIQLAMA
Ötən il Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar hələ də müzakirə obyekti olaraq qalır. Siyahıda Gilə, Tovuz, Duanur, Kurtkaya, Qəribə, Dominik, Alay, Aya, Ayə, İton, Zeytunə, Əskinaz, Ərəbzəngi, Siratullox, Caniyat, Ciyərxan və bu qəbildən olan bir sıra adlar diqqət çəkib. Maraqlıdır ki, rəsmi qurumlar tərəfindən valideynlərə dəfələrlə xəbərdarlıq olunsa da, hələ də uşaqlara gülünc, qeyri-adi adların qoyulması hallarına rast gəlinir. Psixoloqlar da hər zaman valideynləri uşaqlarına