Əhməd buna görə əsgərliyə aparılmayıb

Əhməd buna görə əsgərliyə aparılmayıb

Bakıda 5 ailə üzvünü amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına dair suala aydınlıq gəlib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, suala cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov verib.

 

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli "Respublika Psixiatriya Xəstəxanasına" əlavə tibbi müayinəyə göndərilib.

 

Xəstəxananın "Sağlamlıq vəziyyətinin müayinə olunması" aktına əsasən çağırışçıya "Şizofrenəbənzər pozuntu" diaqnozu təyin edilib.

 

Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının "Xəstəliklər cədvəli"nin 15-ci maddəsinə əsasən "həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız" hesab edilib" - qurum rəsmisi bildirib.


OXŞAR XƏBƏRLƏR

lham Əliyev Albaniyada işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi B...

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...