Andiçmə mərasiminə valideynlər buraxılmayacaq - RƏSMİ

Andiçmə mərasiminə valideynlər buraxılmayacaq - RƏSMİ

Tibbi-profilaktik tədbirlər məqsədilə andiçmə mərasimləri qapalı keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək:

 

“Məlum olduğu kimi, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır. Hazırda ölkəmizin səhiyyə qurumları tərəfindən əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması üçün peyvəndlənmə ilə yanaşı, yoluxma hallarını nəzərə alaraq qapalı məkanlarda sıx toplaşma tövsiyə olunmur.


Azərbaycan Ordusunda hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilir, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını almaq məqsədilə hərbi hissələrdə mütəmadi olaraq zəruri profilaktik tədbirlər görülür.

 

Görülən tədbirlər çərçivəsində valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin hərbi hissələrə girişi, o cümlədən andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.

 

Vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik”.


OXŞAR XƏBƏRLƏR

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...