Bayram yumurtasını bu vasitələrlə boyamaq TƏHLÜKƏLİDİR: "Beyin şişlərinə..."
Novruz bayramının ənənələrindən biri də yumurta boyamaq, boyanmış yumurtalarla xonça bəzəmək və yumurta döyüşdürməkdir. Maraqlıdır, boyanmış yumurtalar nə zaman təhlükə yarada bilər? Bununla bağlı Sfera.az -a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, əsl adət-ənənələr elə keçmişdə qalıb. Müsahibimizin sözlərinə görə, əvvəllər yumurtalar təbii boyalarla rənglənirdi: “Məsələn, soğan qabığı, ispanaq, kök, çuğundur suyunu buna misal çəkə bilərik. Təəssüf ki, bu gün daha