Bayram yumurtasını bu vasitələrlə boyamaq TƏHLÜKƏLİDİR: "Beyin şişlərinə..."

Bayram yumurtasını bu vasitələrlə boyamaq TƏHLÜKƏLİDİR:

Novruz bayramının ənənələrindən biri də yumurta boyamaq, boyanmış yumurtalarla xonça bəzəmək və yumurta döyüşdürməkdir.

 

Maraqlıdır, boyanmış yumurtalar nə zaman təhlükə yarada bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, əsl adət-ənənələr elə keçmişdə qalıb. Müsahibimizin sözlərinə görə, əvvəllər yumurtalar təbii boyalarla rənglənirdi:

 

“Məsələn, soğan qabığı, ispanaq, kök, çuğundur suyunu buna misal çəkə bilərik. Təəssüf ki, bu gün daha asan yollarla yumurta boyanır. Buna kimyəvi qatqı maddələri olan boyaları və ya plastik örtüklü yumurta boyasını misal çəkmək olar. Diqqət edirsinizsə, yumurtanı soyarkən ətli hissəsinə boyanın nüfuz etdiyini görürük. 40 mindən çox məsaməsi olan yumurtaya boyanın bu vasitə ilə nüfuz etməsi də təsadüfi deyil. Belə olduqda, həmin kimyəvi maddələr yumurtanın içinə nüfuz etmiş olur, bu da zəhərlənməyə yol aça bilər. Əsl təbii vasitələrlə boyanan bayram yumurtası isə tam təhlükəsiz hesab olunur. Ancaq diqqət edəcəyimiz məqamlar da var - boyanan yumurtanın qabığında çat olmamalı və boyandıqdan sonra xonçada uzun müddət saxlanılmamalıdır”.

 

Ekspert bildirib ki, ölkəyə idxal olunan kimyəvi tərkibli boyaların yumurtalara heç bir faydası yoxdur:

 

“Bu boyaların istehsalında bəzi kimyəvi maddələrdən istifadə olunur ki, onların bəziləri dünyanın bəzi ölkələrində qadağan edilib. Bura misal olaraq, E133 (rəngləndirici) qatqı maddəsini misal çəkmək olar. Bu maddə kömür qətranından əldə edilir. Adı çəkilən maddənin siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində beyin şişlərinə səbəb olması təsdiqini tapıb. Bu maddə Belçika da başda olmaqla, Fransa Avstriya, Norveç və.s ölkələrdə də qadağan olunub. İstifadə edilməməli olan süni qida boyaları sırasında E171 , E122, E124 qatqı maddələri də yer alır. Nə qədər ki, torpaqdan, adət-ənənələrdən, milli dəyərlərdən uzaq düşəcəyik, bir o qədər sağlamlığımızdan uzaqlaşmış olacağıq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...