Azərbaycanın xarici siyasət kursu ictimai rəydə uğurludur – SORĞU
Sosial Tədqiqatlar Mərkəzi dövlətin xarici siyasət kursu və xarici siyasət gündəliyində dayanan əsas məsələlər barədə vətəndaşların rəyini öyrənmək məqsədilə sorğu keçirib. STM-dən Sfera.az-a verilən məlumata görə, sorğu nəticələri Azərbaycanın xarici siyasət kursunun ictimai rəydə uğurlu olduğunu göstərib. Belə ki, respondentlərin 62,9%-i hazırkı xarici siyasət kursunu tamamilə uğurlu, 28,1%-i qismən uğurlu olaraq dəyərləndirib. Cəmi 3,6% uğursuz hesab edib, 5,4%-i bu suala cavab verməkdə