Azərbaycanın xarici siyasət kursu ictimai rəydə uğurludur – SORĞU

Azərbaycanın xarici siyasət kursu ictimai rəydə uğurludur – SORĞU

Sosial Tədqiqatlar Mərkəzi dövlətin xarici siyasət kursu və xarici siyasət gündəliyində dayanan əsas məsələlər barədə vətəndaşların rəyini öyrənmək məqsədilə sorğu keçirib.

 

STM-dən Sfera.az-a verilən məlumata görə, sorğu nəticələri Azərbaycanın xarici siyasət kursunun ictimai rəydə uğurlu olduğunu göstərib. 

 

Belə ki, respondentlərin 62,9%-i hazırkı xarici siyasət kursunu tamamilə uğurlu, 28,1%-i qismən uğurlu olaraq dəyərləndirib. Cəmi 3,6% uğursuz hesab edib, 5,4%-i bu suala cavab verməkdə çətinlik çəkib.

 

Eyni zamanda, respondentlərin xarici siyasət gündəliyinin əsas istiqamətləri ilə bağlı rəylərini öyrənmək məqsədilə onlara sual ünvanlanıb və bir neçə cavab variantını seçmək imkanı verilib. Sorğuda iştirak edənlərin 70,1%-i xarici siyasət gündəliyində əsas istiqamətin Türk dövlətləri ilə münasibətlər olduğunu bildirib. Həmçinin respondentlərin 28,1%-i əsas istiqamətin Rusiya ilə münasibətlər olduğunu ifadə edib. Sorğu nəticələrinin ardıcıllığına görə, növbəti sıralarda Qərblə münasibətlər (19,0%), Ermənistanla münasibətlər (12,1%), Fransa ilə münasibətlər (10,8%) və digər cavablar (1,3%) yer alıb. Respondentlərin 8,1%-i bu barədə hər hansı məlumatının olmadığını bildirib, 4,9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

 

Azərbaycanın son 20 il ərzində yürütdüyü xarici siyasətin ictimai rəydə yüksək faizlə dəstəklənməsi düzgün müəyyənləşdirilmiş xarici siyasətin ölkənin beynəlxalq arenada mövqeyini gücləndirdiyini göstərir. Azərbaycan xarici siyasəti müstəqillik qazandığı gündən bu yana xüsusilə Vətən müharibəsində qazanılmış Zəfərdən sonra ən yüksək dövrünü yaşayır.

 

Azərbaycan beynəlxalq münasibətlər sisteminin ayrı-ayrı aktorları ilə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə fəal siyasət həyata keçirir. Bunun nəticəsidir ki, 19 ölkə ilə strateji tərəfdaşlıq və 3 ölkə ilə müttəfiqlik sazişi imzalanıb. Eyni zamanda qlobal və regional səviyyədə baş verən əməkdaşlıq, dialoq, sülh, təhlükəsizlik, rifahla bağlı proseslərə də ciddi töhfələr verməyə nail olub.
 
Qeyd edək ki, sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

 

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...