Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The BankerGlobal Private Banking Awards 2026 mükafatı çərçivəsində “Best Private Bank in Azerbaijan” (Azərbaycanın ən yaxşı özəl bankı) adına layiq görülüb. Bununla da Birbank Private bu nüfuzlu beynəlxalq mükafata layiq görülən ilk Azərbaycan bankı olub.
2009-cu ildə təsis edilən “Global Private Banking Awards” mükafatı “Financial Times Group”un nəşrləri olan “Professional Wealth Management” (PWM) və “The Banker” jurnalları tərəfindən birgə təşkil olunur. Mükafatlar dünya miqyasında özəl bankçılıq qruplarının keyfiyyət və kəmiyyət göstəricilərini qiymətləndirir. Müraciətlər müxtəlif regionlardan olan sənaye ekspertlərindən ibarət münsiflər heyəti
tərəfindən dəyərləndirilir, Əsas Fəaliyyət Göstəricilərinin təhlili isə PWM tərəfindən həyata keçirilir.
Bu mükafat Birbank Private-ın son illərdə əldə etdiyi əhəmiyyətli inkişaf göstəricilərinin nəticəsidir. Belə ki, son iki il ərzində idarə olunan aktivlərin həcmi iki dəfədən çox artıb. Təkcə 2025-ci ildə bu göstərici 50,9% yüksəlib. Eyni dövrdə müştəri bazasında 71,8%, orta müştəri balansında isə 20,8% artım qeydə alınıb. Birbank Private müştərilərinə fərdi bankçılıq yanaşması, xüsusi maliyyə həlləri və
gündəlik həyatlarını daha rahat edən geniş çeşidli premium xidmətlər təqdim edir. Müştərilər fərdi xidmət, prioritet dəstək və müxtəlif eksklüziv üstünlüklərdən yararlanmaqla yanaşı, bank əməliyyatlarını məsafədən və operativ şəkildə həyata keçirə bilirlər.
Birbank Private-ın əsas fəaliyyət prinsiplərindən biri müştəri sayının artırılmasından daha çox, mövcud müştərilərlə uzunmüddətli və etibarlı münasibətlərin qurulmasına üstünlük verməkdir. Bu məqsədlə hər bir müştəriyə fərdi müştəri meneceri, şəxsi investisiya portfelinin idarə edilməsi, fərdi kredit təklifləri, eləcə də milli və xarici valyutada depozit məhsulları təqdim olunur. Maliyyə bazarlarında dəyişkənlik
müşahidə olunduğu zaman isə müştəri menecerləri qabaqlayıcı şəkildə müştərilərləəlaqə saxlayaraq strategiyaları onların fərdi məqsədlərinə və bazardakı dəyişikliklərə uyğunlaşdırırlar.
Qeyd edək ki, Birbank Private 2025-ci ildə də International Investor nəşri tərəfindən “Best Private Banking Azerbaijan” (Azərbaycanın ən yaxşı özəl bankı) mükafatına layiq görülüb. Yeni mükafat bankın beynəlxalq səviyyədə tanınmasını və Azərbaycanın özəl bankçılıq bazarındakı mövqeyini daha da gücləndirir. Birbank Private Birbank-ın yüksək gəlirli və fərdi bankçılıq xidmətlərinə ehtiyac duyan müştərilər üçün nəzərdə tutulmuş premium bankçılıq xidmətidir. Müştərilərə fərdi münasibətlərin idarə edilməsi, investisiya və portfel həlləri, xüsusi kredit və depozit məhsulları, eləcə də müxtəlif premium xidmətlər təqdim olunur. Fərdi yanaşmanı, maliyyə ekspertizasını və rəqəmsal rahatlığı bir araya gətirən Birbank Private etibarlı və uzunmüddətli müştəri münasibətləri qurmağı, Azərbaycanda özəl
bankçılıq təcrübəsini davamlı olaraq inkişaf etdirməyi hədəfləyir.






