Suraxanı rayonu
Deputat Suraxanı sakinlərinin problemlərindən danışdı
“Suraxanı paytaxtın əhalisi çox olan və sürətlə inkişaf edən rayonlarından biridir. Lakin rayonun bəzi yaşayış məntəqələrində hələ də həllini gözləyən ciddi infrastruktur problemləri mövcuddur”. Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sevinc Fətəliyeva parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı danışıb. Parlamentari Hövsan və Suraxanıda sakinlərin üzləşdiyi əsas
Cəmiyyət17.11.2026 11:59
Bu ərazidə su olmayacaq
Suraxanı rayonunun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində su təminatında fasilə yaranacaq. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Sfera.az- a bildirilib ki, qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Suyun verilişində yaranmış fasilənin təmir işləri başa çatdıqdan sonra aradan qaldırılması nəzərdə tutulur.
Cəmiyyət28.09.2026 20:27
Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT - VİDEO
Baku TV-nin qaynar xəttinə Suraxanı rayonunun Hövsan qəsəbəsində, "Beton zavod" deyilən ərazidə yerləşən qəbiristanlığın vəziyyəti ilə bağlı müraciət daxil olub. Sfera.az xəbər verir ki, vətəndaşlar qəbiristanlıqda uzun müddətdir təmizlik işlərinin aparılmadığını, qəbirlərin ətrafını alaq otlarının basdığını bildirirlər. Çəkiliş zamanı ərazidə bir sıra qəbirlərin ətrafında hündür və quru otların olduğu, bəzi yerlərdə isə alaq otlarının qəbir daşlarına qədər yayıldığı müşahidə olunub.
Hadisə12.08.2026 20:09



