Logo

Taksilər hava limanına getmək istəmirlər - SƏBƏB

Taksilər hava limanına getmək istəmirlər - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkələrdə yayılan məlumata görə, “Bolt” sürücüsü hava limanına taksi sifariş edən sərnişindən gedişi ləğv etməsini istəyib. Sürücü gediş haqqının 10 manat olduğunu öyrəndikdən sonra hava limanından sərnişinsiz qayıtdıqlarını və bu qiymətə səfərin ona sərf etmədiyini bildirib.

"Bolt" sürücüsünün bu istəyi sərnişində narazılıq yaradıb. Sosial şəbəkələrdəki paylaşımlardan görünür ki, sürücülərin belə istəkləri ilə bir çox sərnişin rastlaşıb.

Bəs sürücü qəbul etdiyi sifarişi sərnişindən ləğv etməsini istəyə bilərmi?

Nəqliyyat eksperti Elməddin Muradlı Sfera.az-a açıqlamasında bildirib ki, bəzi sürücülər hava limanından sərnişinsiz qayıtdıqları üçün bu istiqamətdə sifarişlərdən imtina edirlər:

“Belə hallar ona görə baş verir ki, hava limanında xüsusi taksilər fəaliyyət göstərir. Yalnız həmin taksilər hava limanından şəhərə sərnişin apara bilər. Şəhərdən hava limanına sərnişin aparan digər sürücülər isə geri sərnişinsiz qayıtmalı olurlar. Buna görə də bəzi sürücülər həqiqətən bu sifarişlərdən imtina etməyə başlayıblar.

Bu, kimi hallar düzgün deyil. Tələb belə müəyyən edilibsə, ona əməl etmək lazımdır. Bu sürücülər bilməlidirlər ki, sərnişin şikayət etsə, cəzalandırılacaqlar. Sürücü öz istədiyi kimi davrana bilməz. Qaydalar hamıya aiddir və hər kəs onlara uyğun işləməlidir”.

Taksilər hava limanına getmək istəmirlər - SƏBƏB

Ekspert bu cür davranışın sürücünün profilinin bloklanmasına səbəb ola biləcəyini də qeyd edib:

“Sürücü sərnişinin vaxtını ala bilməz. Sürücü sərnişinlərə xidmət göstərmək üçün xəttə çıxıbsa, həmin xidməti göstərməlidir. İşin şərtləri onu qane etmirsə, fəaliyyətini başqa sahədə davam etdirə bilər”.

“Bolt” şirkətindən isə Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sürücü qəbul etdiyi sifarişi yerinə yetirməlidir:

“Sürücü sifarişi qəbul etdikdən sonra gedişi platforma qaydalarına uyğun şəkildə yerinə yetirməlidir. Sərnişindən sifarişi ləğv etməsini tələb etmək qəbuledilməzdir. Belə hallarda sərnişinlərin tətbiq üzərindən dəstək xidmətinə müraciət etməsini tövsiyə edirik ki, məsələ araşdırılsın və zəruri tədbirlər görülsün”.

Şahanə Ziyad

Sfera.az

Taksilər hava limanına getmək istəmirlər - SƏBƏB
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR