Logo

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Xəzər Xəbər"in tanınmış aparıcısı Günel Qədimova televiziya kanalı ilə əməkdaşlığını başa vurub.

Sfera.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat verərək qərarın öz təşəbbüsü ilə qəbul edildiyini açıqlayıb.

Günel Qədimova təxminən 15 il çalışdığı telekanalla vidalaşarkən burada keçirdiyi illərin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, peşəkar inkişafında "Xəzər TV"nin mühüm rol oynadığını qeyd edib.

"Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura mənim üçün sadəcə iş yeri deyil, daha artığı oldu. Sözün əsl mənasında, burada yetişdim deyə bilərəm. "Xəzər Xəbər"in yeri isə məndə həmişə xüsusi qalacaq. Çox gözəl, qarışıq duyğularla iş yoldaşlarımdan ayrıldım. Keçmişə minnətdar, gələcəyə ümidliyəm", - deyə aparıcı paylaşımında yazıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR