Logo

Aslan Fətullayev doğulduğu kənddə dəfn olunacaq

Aslan Fətullayev doğulduğu kənddə dəfn olunacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aktyor Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.

Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.

O bildirib ki, aktyor doğulduğu kənddə dəfn olunacaq:

“Aslan müəllimin nəşi bu gün səhər saatlarında Moskvadan gətirilib. Direktorumuz və teatrımızın bir neçə əməkdaşı da cənazənin qarşılanmasında iştirak edib. Onun nəşi Lerikə aparılıb və doğulduğu Çayurd kəndində dəfn ediləcək”.

Qeyd edək ki, 70 yaşlı Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev noyabrın 10-da Moskvada vəfat edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR