Logo

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Görkəmli Azərbaycan bəstəkarı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, tanınmış orqan ifaçısı və pianoçu-improvizator olan Mirzəyev 10 noyabr 2026-cı il tarixində Almaniyanın Fulda şəhərində vəfat edib.

Uzun illər Almaniyada yaşayıb-yaratmış Arif Mirzəyev zəngin və özünəməxsus yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına, Almaniyada və beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfələr verib.

Dahi bəstəkar Qara Qarayevin yetirməsi olan sənətkar Şərq və Qərb musiqi ənənələrini ustalıqla sintez edərək özünəməxsus bəstəkarlıq üslubu formalaşdırmış, Azərbaycan orqan musiqisinin və polifonik dini-memorial musiqi janrının inkişafında silinməz iz qoyub. (unikal)

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR